Baydendən İranla bağlı etiraf: “Bu müqavilə ölüb, amma rəsmən bəyan etmirik”

2022-12-21 10:08:00

Baydendən İranla bağlı etiraf: “Bu müqavilə ölüb, amma rəsmən bəyan etmirik”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden noyabrın 4-də Kaliforniyada keçirilən seçkiqabağı mitinqdə ondan “molla hökuməti ilə əməkdaşlıq etməməyi” xahiş edən iranlı mühacirlərə cavabında İranla nüvə müqaviləsinin bir daha bərpa edilməyəcəyini, lakin bu barədə rəsmi açıqlama verilməyəcəyini bildirib.

Bu barədə videonu “Axios” portalı yayıb.

Ağ Evin başçısı deyib: “İranla neft müqaviləsi ölüb, amma biz bunu elan etməyəcəyik. Uzun söhbətdir”.

Bundan əvvəl Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Kolin Kal İranla neft müqaviləsinin yaxın perspektiv üçün aktuallığını itirdiyini bildirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.254863