Saat:13:18
Haqqımızda

Bayden Zelenskinin Krım Platforması zirvəsinə DƏVƏTİNİ QƏBUL ETMƏDİ

2021-07-26 21:54:00

Bayden Zelenskinin Krım Platforması zirvəsinə DƏVƏTİNİ QƏBUL ETMƏDİ

ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Kiyevdə Krım Platforması sammitində iştirak etməyi planlaşdırmırlar. 

ABŞ-ın müvəqqəti işlər vəkili Corc Kentin jurnalistlərə verdiyi məlumata görə, hökumət üzvlərindən biri zirvəyə qatılacaq.

"Bunun çox vacib olduğunu bilirik", - Kent deyib.

Ukraynanın lideri Vladimir Zelenski Ukraynaya rəsmi səfərə dəvətini Baydenə göndərib və bu il ölkənin müstəqilliyinin 30 illiyini qeyd etdiyini vurğulayıb. O, bunu Kiyevdə ABŞ dövlət katibi Antoni Blinken ilə keçirdiyi ortaq mətbuat konfransında açıqlayıb. Öz növbəsində Blinken koronavirus pandemiyası səbəbindən ABŞ prezidentinin beynəlxalq səfərlərin təşkili ilə bağlı "çətinlikləri olduğunu" qeyd edib. \\Qaynarinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR