Bayden Zelenskini “Prezident Putin” kimi təqdim etdi – Video

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenskini səhvən “Prezident Putin” adlandırıb.
Hurriyyet.az xəbər verir ki, bu hal NATO-nun Ukraynaya dəstəyi ilə bağlı jurnalistlərə keçirilən görüşdə Bayden Zelenskini kürsüyə dəvət edərkən baş verib.
“İndi isə sözü təkcə cəsarəti yox, həm də qətiyyəti olan Ukrayna Prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”, - deyə Bayden bildirib.
Lakin Zelenski kürsüyə keçməzdən əvvəl o səhvini düzəldib. “Prezident Putin?” Bayden özünü tənqid edərək ritorik sual verib.
“O, prezident Putini məğlub edəcək. Prezident Zelenski! Mən Putini məğlub etməyə o qədər köklənmişəm ki, bundan narahat olmalıyıq”, - deyə ABŞ prezidenti qeyd edib.
O daha sonra kürsünü çıxış üçün Zelenskiyə verib.
Qeyd edək ki, bu ABŞ liderinin etdiyi ilk belə xəta deyil.
Yeniavaz.com
