Bayden yenə öz vəzifəsi ilə Kamalanınkını qarışdırdı - Video

2022-05-14 13:10:00

Bayden yenə öz vəzifəsi ilə Kamalanınkını qarışdırdı - Video

ABŞ Prezidenti Co Bayden növbəti dəfə səhvən ölkənin vitse-prezidenti Kamala Harrisi Prezident adlandırıb.

Hurriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bayden ABŞ - Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammitində çıxışı zamanı bu səhvə yol verib. 

“Hind-Sakit okeanı regionu azad və açıq, sabit və çiçəklənən, davamlı və təhlükəsiz olan regiondur. Biz hamımız buna səy göstəririk. Məhz buna görə Prezident Harrisdən ötən ilin avqustunda bu regiona səfər etməsini istədim”, - deyə Bayden söyləyib. 

Xatırladaq ki, Bayden bundan əvvəl də, artıq bir neçə dəfə çıxışı zamanı Kamala Harrisi vitse-prezident deyil, Prezident adlandırıb.

Bundan əlavə, 80 yaşlı Prezident son aylarda bir neçə dəfə qeyri-adekvat hərəkətləri ilə medianın gündəminə düşüb. Belə ki, Bayden iki dəfə ətrafında heç kim olmadığı halda əlini uzadaraq salam vermək istəyib, dəfələrlə xalqların adını səhv salıb. 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya