Bayden yenə GÜNDƏM OLDU - Təyyarəyə minərkən... - FOTOLAR

ABŞ prezidenti Co Bayden Polşadakı təmaslarından sonra ABŞ-a yola düşüb. O, Air Force One prezident təyyarəsinə minərkən az qala pilləkənlərdən yıxılacaqmış.
Hurriyyet.az-ın xəbərinə görə, görüntülərdən aydın olur ki, 80 yaşlı Bayden təyyarənin qapısından bir az aralıda büdrəyib və hər iki əli ilə pilləkənlərdən tutub.
Büdrədikdən sonra yenidən ayağa qalxan Bayden daha sonra heç nə olmamış kimi hava limanındakı insanlara əl yelləyib və təyyarəyə minib. Onun niyə büdrədiyi hələ məlum olmasa da, səhhəti ilə bağlı heç bir açıqlama verilməyib.
Xatırladaq ki, ABŞ lideri 19 mart 2021-ci ildə Atlanta səfərindən əvvəl Endryus Hərbi Hava Bazasında mətbuatın suallarını cavablandırdıqdan sonra prezident təyyarəsinə minmək üçün pilləkənləri qalxanda büdrəyib və yıxılıb. Baydenin çətin anları Amerika mətbuatında gündəm olub, prezidentin fiziki sağlamlığı ilə bağlı şayiələr artıb.
Ağ Ev isə Baydenin səhhətinin yaxşı olduğunu açıqlamış və hadisəni küləkli hava ilə əlaqələndirmişdi.
musavat.com
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya