Saat:15:03
Haqqımızda

Bayden və Conson Rusiya ilə Çinə qarşı eyni yanaşma sərgiləməkdə razılığa gəldilər

2021-09-23 14:11:00

Bayden və Conson Rusiya ilə Çinə qarşı eyni yanaşma sərgiləməkdə razılığa gəldilər

ABŞ Prezidenti Co Bayden və Britaniyanın baş naziri Boris Conson, Rusiya ilə Çinə yanaşmanın həm Vaşinqtonun, həm də Londonun paylaşdığı ortaq dəyərlərə əsaslanmalı olduğuna dair razılığa gəldilər. Britaniya baş nazirinin nümayəndəsi bildirib ki, bu qərar Ağ Evdə iki siyasətçi arasında aparılan danışıqlar başa çatdıqdan sonra 22 sentyabrda elan edilib.

"Baş nazir və pezident Çin ilə Rusiya da daxil olmaqla bir sıra beynəlxalq mövzuları müzakirə etdilər. İngiltərə və ABŞ-ın bu məsələlərə ortaq dəyərlər əsasında yanaşmağa sadiq qalacağı barədə razılığa gəldilər ", deyə “Downing Street” sözçüsü TASS-a açıqlamasında bildirib.

Açıqlamada həmçinin qeyd edilir ki, Conson Baydenin qeyd etdiyi 9-10 dekabr tarixində “Demokratiya naminə Sammit”in başlamasını "səbirsizliklə gözləyir". Videokonfrans yolu ilə keçiriləcək sammitdə avtoritarizmə, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarına hörmət kimi mövzular müzakirə olunacaq.

Ortaq dəyərlər kontekstində iki ölkənin liderləri Avstraliya, Böyük Britaniya və ABŞ-ın bu yaxınlarda yaradılan müdafiə tərəfdaşlığını- AUKUS-u xatırladıblar.

"Prezident və baş nazir keçən həftə elan edilən AUKUS tərəfdaşlığının Böyük Britaniya və Amerikanın ortaq dəyərlərini və onların sülhə yanaşmalarını açıq şəkildə əks etdirdiyini qəbul etdilər. Bu ittifaqın ingilislərin, amerikalıların və avstraliyalıların səlahiyyətlərindən istifadə etməklə dünyada sülhün və asayişin təminatında oynayacağı rolun əhəmiyyətini vurğuladılar.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR