Saat:22:23
Haqqımızda

Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək istəyir

2024-11-21 14:49:46

Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək istəyir

Co Bayden administrasiyası ABŞ Konqresinə Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək niyyəti barədə məlumat verib. Bu barədə "Bloomberg" sənədə istinadən xəbər verir. 

Nəşr qeyd edir ki, bu, Donald Tramp prezidentliyə başlamazdan əvvəl “Kiyevə dəstəyi gücləndirmək üçün” sonuncu aksiyadır.

Söhbət Ukraynanın 9 milyard dollarlıq borcunun bir hissəsindən gedir və Kiyev Konqres tərəfindən apreldə təsdiqlənmiş əlavə maliyyə paketinin bir hissəsi kimi alır. Konqres hesab edir ki, bu borcun bir hissəsinin silinməsi “ABŞ və onun Aİ, G7 və NATO-dakı tərəfdaşlarının milli maraqlarına uyğundur”.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.203184