Bayden: “Ukrayna xeyli irəliləyiş əldə edib, amma hələ yol uzundur”

2022-09-14 23:38:00

Bayden: “Ukrayna xeyli irəliləyiş əldə edib, amma hələ yol uzundur”

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Ukraynada hadisələrin inkişafının hansı dönüş nöqtəsində olduğunu söyləmək hələ tezdir, lakin o, birmənalı olaraq Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu əhəmiyyətli irəliləyiş hesab edir.

Bu barədə ABŞ lideri Delaver ştatına səfəri zamanı bildirib.

“Ukraynadakı müharibədə hazırkı anı dönüş nöqtəsi hesab edirsinizmi?” sualına ABŞ lideri: “Hazırda bu sualın cavabı yoxdur. Demək çətindir”, - deyə cavab verib.

Onun sözlərinə görə, ukraynalılar xeyli irəliləyiş əldə ediblər.

“Ancaq düşünürəm ki, bu, uzun bir yol olacaq”, - ABŞ prezidenti əlavə edib.

Eyni zamanda, Ağ Evdən bildiriblər ki, ABŞ Ukrayna tərəfi ilə daim birbaşa təmasdadır və yeni müdafiə yardımı paketi hazırlanır.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski bu ay Ukrayna Silahlı Qüvvələrinin səkkiz min kvadratkilometrə yaxın ərazini işğaldan azad etdiyini bildirmişdi.

Mənbə: Ukrinform


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062105