Saat:05:02
Haqqımızda

Bayden Trampı televiziya debatına çağırdı

2024-05-15 21:46:21

Bayden Trampı televiziya debatına çağırdı

ABŞ Prezidenti Co Bayden prezident seçkiləri ərəfəsində siyasi rəqibi Donald Trampı televiziya debatına çağırıb.
Prezident müvafiq videomüraciəti sosial şəbəkə hesabında paylaşıb.
“Donald Tramp 2020-ci ildə iki dəfə mənimlə debatları uduzdu. O vaxtdan bəri debata çıxmır. İndi o, mənimlə yenidən debat keçirmək istəyirmiş kimi davranır. Günümü şad et, dostum. Mən hətta iki dəfə bunu keçməyə hazıram. Gün seç, Donald”, - Bayden deyib.
Öz növbəsində Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək çağırışı qəbul edib:
“Mən iki raunddan çox və daha inandırıcı olmaq üçün çox böyük auditoriya qarşısında keçirməyi şiddətlə tövsiyə edərdim”.
Bayden və Tramp CNN-in iyunun 27-də debata ev sahibliyi etmək dəvətini qəbul ediblər. Debatların ikinci mərhələsi sentyabrın 10-da ABC telekanalında yayımlanacaq. \\Yeniavaz.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202470