Saat:11:06
Haqqımızda

Bayden Rusiyanı təhdid elədi: “Fəlakətlə qarşılaşacaqlar”

2022-01-20 11:24:00

Bayden Rusiyanı təhdid elədi: “Fəlakətlə qarşılaşacaqlar”

 

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə onu “görünməmiş” sanksiyalar gözlədiyini bəyan edib. Bayden bu sözləri prezident vəzifəsini icra etməyə başlamasının ildönümündə söyləyib. Cozef Bayden Ukraynada müharibə olacağı halda, Rusiyanı dollar əməliyyatlarının məhdudlaşdırılacağı ilə təhdid edib. Onun sözlərinə görə, “Rusiya Ukraynanı ələ keçirməyi qərar alsa, fəlakət ilə qarşılaşacaq” və “yeni məhdudlaşdırıcı tədbirlər təhdidi RF Prezidenti Vladimir Putinə təsir eləməlidir. Rusiya Prezidenti indiyə qədər heç vaxt belə sanksiyalar görməyib”. Amerika Prezidenti Putinin “ciddi seçim” qarşısında olduğunu söyləyib – ya Kiyev ətrafında münaqişə, ya da vəziyyətin diplomatik yolla həlli. ABŞ dövlətinin başçısı onu da əlavə edib ki, Vaşinqton Avropadakı hərbi varlığını azaltmayacaq, əksinə, Kiyev ətrafında münaqişə baş verəcəyi halda, hərbi heyətin sayını artıracaq. Ağ Evin rəhbəri xatırladıb ki, ABŞ Ukraynaya 600 milyon dollar dəyərində hərbi yardım edib. 

Ukraynanın NATO-ya daxil olması məsələsindən danışarkən Bayden qeyd edib ki, yaxın zamanda bunun mümkün olması ehtimalı azadır, çünki, ölkənin qarşısında qoyulan tələblərin hamısı yerinə yetirilməyib.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR