Saat:04:22
Haqqımızda

Bayden: "Qəzzada minlərlə uşaq həlak olub"

2024-02-13 12:50:35

Bayden:

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, ABŞ Prezidenti Cizef Bayden Qəzzada dinc əhali arasında itkilərin həddən artıq olduğunu söyləyib. 
Bayden İordaniya kralı II Abdulla ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib: "Bu münaqişənin gedişində həlak olmuş 27 000 fələstinliyinin əksəriyyəti günahsız dinc sakinlərdir. Onların arasında minlərlə uşaq var".
Bayden minlərlə Qəzza sakininin ərzaq və sudan məhrum olduğunu da qeyd edib.
Bayden deyib: "Bu, ürəkparçalayan vəziyyətdir. Qəzza sektorunda hər bir dinc sakinin ölümü faciədir". O, ABŞ-ın əsirlərin azad edilməsi, Qəzzaya humanitar yardımın çatdırılması, azı 6 həftəlik humanitar fasilə üzərində çalışdığını söyləyib. Bayden İsrailin Rəfah şəhərindəki əməliyyatının "yaxşı qurulmuş planla aparılmalı", şəhərə sığınmış 1 milyondan artıq dinc sakinin həyatının müdafiə edilməli olduğunu deyib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.278399