Saat:20:45
Haqqımızda

Bayden Putin və Zelenski ilə görüşmək niyyətindədir

2021-11-27 14:59:00

Bayden Putin və Zelenski ilə görüşmək niyyətindədir

 

Hurriyyet.az “RİA Novosti” agentliyinə xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədir. Bu barədə açıqlamanı Ağ Evin rəhbəri şəxsən özü verib. Bayden Ukrayna-Rusiya sərhədindəki gərginlikdən narahat olduğunu bildirib.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verərək bildirmişdi ki, yeni ilə qədər ABŞ və Rusiya prezidentləri videokörpü vasitəsi ilə əlaqə saxlayacaqlar. Peskov deyib: “Konkret zaman hələ müəyyənləşdirilməyib, səbr eləmək lazımdır... Nə zaman əlaqə saxlanılacağı hələ bilinmir. Yeni ilə qədər mümkün olacaqmı? Bəli, mümkündür. Amma sonra da ola bilər”.

Xatırladaq ki, 2021-ci il iyunun 15-da Cenevrədə Rusiya və ABŞ prezidentləri Putin ilə Baydenin görüşü olub. Bu, Baydenin ABŞ Prezidenti seçilməsindən sonra dövlət başçılarının ilk birgə görüşü olub.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR