Saat:00:23
Haqqımızda

Bayden Netanyahuya qarşı: “Tezliklə istefa versin”

2023-03-29 11:39:00

Bayden Netanyahuya qarşı: “Tezliklə istefa versin”

“Şərti yerinə yetirməsə, Vaşinqtona dəvət edilməyəcək”

İsrailin bu çətin dövründə Ağ Ev Tel-Əviv iqtidarını dəstəkləmir?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden ölkədə baş verən kütləvi etirazlardan sonra İsrailin Baş naziri Binyamin Netanyahunun istefa verəcəyinə ümidvar olduğunu bildirib. Bayden deyib: “İsrail bu yolla gedə bilməyəcək. Mən artıq bunu qeyd eləmişəm”. ABŞ Prezidenti onu da bildirib ki, Netanyahu məhkəmə islahatlarından imtina edənə qədər, onu Vaşinqtona dəvət etməyəcək.

“Sən də, Brut?”

Netanyahu da öz növbəsində ABŞ-ı İsrailin daxili işlərinə qarşımamağa çağırıb. Baş nazir deyib: “İsrail müstəqil qərar qəbul edə biləcək suveren ölkədir. Qərar verərkən hətta ən yaxşı dostlarımız olsa belə, xaricdən təzyiq əsasında yox, öz xalqımızın iradəsini rəhbər tutaraq addım atmalıyıq”.

Netanyahu İsrail ilə ABŞ-ın dostluğunu yüksək qiymətləndirdiyini, lakin, rəhbərlik elədiyi hökumətin seçdiyi yolu davam etdirəcəyini yazıb. Onun sözlərinə görə, bu yol, hakimiyyətin qolları arasında tarazlığın bərpa edilməsi hesabına demokratiyanı möhkəmləndirməyi hədəfə alıb.

Hürr Tərcüman

Bayden Netanyahuya qarşı: “Tezliklə istefa versin”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR