Bayden koronavirusun sona çatdığını elan etdi

2022-09-19 09:49:00

Bayden koronavirusun sona çatdığını elan etdi

ABŞ prezidenti Co Bayden koronavirus pandemiyasının arxada qaldığını bildirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində danışıb.

 

“Pandemiya bitdi. Ancaq hələ də COVID ilə problemimiz qalıb. Hazırda bunun üzərində çox işləyirik... Fikir versəniz, heç kim maska taxmır. Görünür, hamı yaxşı vəziyyətdədir” deyə o, qeyd edib.

“Politico” mənbələrə istinadən yazır ki, Ağ Evin səhiyyə rəsmiləri ABŞ prezidenti Co Baydenin koronavirus pandemiyasının sona çatması ilə bağlı açıqlamasına təəccüblənib.

Mənbələrə görə, Amerika liderinin pandemiyanın sona çatması ilə bağlı açıqlaması CBS televiziyasına müsahibəsi çərçivəsində planlaşdırılmayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059533