Bayden: “İranla nüvə müqaviləsinə tam qayıdış planımız hazırdır”
2022-08-01 16:39:00

Hurriyyet.az xəbər verir ki, ABŞ öz müttəfiqləri ilə birlikdə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmaq planını hazırlayıb. Prezident Co Baydenin bu barədə açıqlaması bazar ertəsi günü Ağ Evin saytında dərc edilib. Onun sözlərinə görə, bu addım İranın nüvə silahı istehsal eləməsinin qarşısını almaq üçün atılır.
Açıqlamada deyilir: “BHFP-nin həyata keçirilməsinə qarşılıqlı və tam şəkildə qayıtmaq təklifini müttəfiqlərimiz və regional tərəfdaşlarımızla koordinasiyalı şəkildə hazırlaşmışıq. Bu, İranın heç vaxt nüvə silahını əldə eləməməsinin təminatı üçündür”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya