
Bayden iqtidarı Putinin dilini bilmir – Trampdan açıqlama
2022-05-07 12:51:00

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda hakimiyyətdə olan Cozef Bayden ilə komandasını tənqid edib. Onun sözlərinə görə, indiki iqtidar Rusiya Prezidenti Vladimir Putin ilə necə davranmaq lazım olmadığını bilmir. Tramp Pensilvaniya ştatındakı tərəfdarları ilə görüşündə deyib: “Onlar Vladimir Putin ilə necə davranmaq lazım gəldiyini bilmirlər. Onlar sadəcə lazım olmayan zamanda lazım olmayan sözləri deyirlər”.
Ağ Evin keçmiş başçısı qeyd edib ki, ABŞ rəhbərliyi mövcud vəziyyəti normallaşdırmaq üçün psixologiya barəsində heç nə bilmir.
Hürr Tərcüman

Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya