Bayden iqtidarı Kaşıkçının qətl işində Səudiyyə şahzadəsi üçün toxunulmazlıq tələb edir

2022-11-18 22:43:00

Bayden iqtidarı Kaşıkçının qətl işində Səudiyyə şahzadəsi üçün toxunulmazlıq tələb edir

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Bayden iqtidarı jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı aparılan cinayət işində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana toxunulmazlıq verilməsini tələb edib.

Camal Kaşıkçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxmış, sonra isə onun öldürüldüyü aşkar edilmişdi.

Bayden iqtidarınln açıqlamasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Baş nazir vəzifəsinə keçdiyi üçün artıq toxunulmazlığı olmasının lazım gəldiyi, həmin cinayət işində mühakimə edilməyəcəyi bildirilir.

“Camal bir daha öldü”

Kaşıkçının nişanlısı Xədicə Bayden istidarının qərarından sonra sosial şəbəkədəki hesabında yazıb: “Camal bu gün yenə öldü. ABŞ-da pul ədalətdən irəlidir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.127574