Bayden illər öncə xərçəng olduğunu etiraf etdi

2022-07-21 16:09:00

Bayden illər öncə xərçəng olduğunu etiraf etdi

ABŞ prezidenti Co Bayden yaşadığı bölgədə havanın çirkləndirilməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu bildirib.

Hurriyyet.az xəbər verir ki, o deyib ki, ölkə daxilində bir çox fabrik havaya "zəhərli maddələr, istixana qazları" buraxır.

"Bunlar bu gün üzləşdiyimiz iqlimlə bağlı fövqəladə vəziyyətə səbəb olan çirklənmə növləridir", - deyə ABŞ lideri bildirib.

C.Bayden qeyd edib ki, Kleymont (Delaver ştatı) şəhərində yaşayıb, onun evinin yaxınlığında çox sayda neft emalı zavodları var idi və daim güclü külək əsirdi.

"Biz Delaverə köçəndə mən çoxmənzilli yaşayış binasında yaşayırdım və yolun qırağında getdiyim kiçik bir məktəb var idi. Bizim piyada getməməyimiz üçün anam bizi avtomobil ilə aparırdı. Və ilk şaxtalarda nə baş verdiyini bilirsinizmi? Avtomobilin şüşəsindəki neft ləkələrini sözün əsl mənasında yumaq üçün şüşə silənləri işə salmalı olurduq. Buna görə mən və böyüdüm bir çox başqa insanlarda xərçəng var", - deyə o, bildirib.

Bayden prezident olmazdan əvvəl onun melanoma olmayan dəri şişləri cərrahi yolla götürülüb.. Bununla belə, ABŞ lideri xərçəng xəstəliyindən indiki zamanda danışıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068509