Bayden “əbədi müharibələrə” son qoymaq istəyirsə, sırada Avropa, Asiya və Yaxın Şərqdir

2021-09-14 12:21:00

Bayden “əbədi müharibələrə” son qoymaq istəyirsə, sırada Avropa, Asiya və Yaxın Şərqdir

Əfqanıstandan qoşunları çıxaran ABŞ prezidenti Co Bayden Amerikanın əbədi müharibələrinə son qoymaq istədiyini söyləyib. Ancaq ABŞ-ın nüfuzlu The Hill” qəzetindəki məqalənin müəllifi ona xatırladır ki, uzun müddətdir sülhün hökm sürdüyü bölgələrdə Amerika ordusu hələ də çoxluq təşkil edir. Əgər həqiqətən də əbədi müharibələrə” son qoyulursa, onda Amerika mövqeləri Çin, Rusiya və İrana keçəcək.

ABŞ prezidenti Co Bayden Əfqanıstanda “əbədi müharibəyə” son qoyduğunu söyləyib. 

Hurriyyet.az bildirir ki, “The Hill” qəzetinin müxbiri, hüquq müdafiəçisi Merion Smit bu ifadəyə daha yaxından baxmağı təklif edir. Onun sözlərinə görə, Amerika prezidenti çox güman ki, nə dediyini anlamır, əks halda bunun Amerika üçün nəticələri dağıdıcı ola bilər.

Müəllifin fikrincə, Baydeni terrorçuları məğlub etmək, Amerikanın müttəfiqlərini dinləmək, amerikalıları və onlara kömək edənləri Əfqanıstandan çıxarmaq deyil, başqa şeylər - siyasi şüarlar maraqlandırır.

 

Bayden “əbədi müharibənin” ABŞ ordusunun onilliklər və ya daha uzun müddətdir eyni yerdə olduğu bütün vəziyyətlərə aid olduğuna inanır. Əgər belə düşünürsə, bütün dünyada Birləşmiş Ştatlar bir çox belə müharibələr aparır. Məsələn, Koreya müharibəsi, onun sözlərinə görə, bitməyib: 68 il keçdi və ABŞ-ın Cənubi Koreyada 28 min, Yaponiyanın yaxınlığında 55 min əsgəri var. Bu, Əfqanıstanla müqayisədə üç dəfə çoxdur.

Soyuq müharibə 1991-ci ildə başa çatdı, ancaq ABŞ ordusu bütün Avropaya səpələndi. Digər ölkələr arasında bunların 35 mini Almaniyada, daha 12 mini İtaliyada, təxminən 4 mini Polşadadır. Eyni zamanda bölgədə real müharibələr yoxdur – bu, Amerika qüvvələrinin belə cəmləşməsini daha da qəribə edir. “Co Bayden sülh bölgəsindəki əsgərlərimizin sayını azaltmaq üçün nə edir?”, - deyə məqalənin müəllifi soruşur.

Bununla yanaşı, gələcəkdə alovlana biləcək bir “əbədi müharibə” də var və onu kökündən baltalamaq lazımdır. Minlərlə Amerika əsgəri Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindədir. Onlar bazalarını hissə-hissə yerləşdirməklə İranın təhlükəli addım atmaması üçün orada dayanırlar. Ancaq İran məhz bunula məşğuldur: terrorizmi maliyyələşdirir və amerikalıları öldürür.

 

Müəllif qeyd edir ki, əslində Bayden bu yerlərin heç birindən qoşunlarını geri çəkmək niyyətində deyil. Əks təqdirdə nəticə Amerika üçün dağıdıcı olardı. Asiyada Şimali Koreya Cənubi Koreyanı işğal edərdi və kommunist Çin “bölgəni Milad hinduşkası kimi parçalayardı”. Avropada Rusiya, bəlkə NATO müttəfiqləri də daxil olmaqla, qonşuları üzərində daha da dominantlıq edərdi. İran da təsirini və “dini hökmranlığını” bütün bölgəyə yayaraq Yaxın Şərqdə də eyni şeyi edərdi.

Amma Əfqanıstanda eyni qaydalar tətbiq olunur. Amerika Birləşmiş Ştatları oraya 11 sentyabr hadisələri kimi terror hücumlarından qorunmaq üçün gəldi. Orada bəzi digər bölgələrə nisbətən daha az Amerika əsgəri vardı və 2020-ci ilin fevral ayından bəri heç bir hərbi itkisi olmamışdı. Bu daimi ayıq-sayıqlıq vəziyyəti Amerika azadlığının qiyməti idi. Amma indi bu investisiyalar yoxa çıxdı, Amerika özünü müdafiə etmək qabiliyyətinin bir hissəsini itirdi və amerikalılar daha böyük təhlükə altındadır.

11 sentyabrda başlayan və 20 il davam edən əbədi müharibə hələ bitməyib və döyüş meydanı əksinə, bütün dünyaya yayılıb”, - deyə  “The Hill”dəki məqalənin müəllifi gəldiyi qənaəti bölüşür.