Saat:23:50
Haqqımızda

Bayden: “Çin ilə müharibəyə hazırıq!” – İki supergüc savaşacaqmı?

2022-05-23 12:15:00

Bayden: “Çin ilə müharibəyə hazırıq!” – İki supergüc savaşacaqmı?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden belə bir açıqlama verib.

ABŞ rəhbəri Tokioda aparılan danışıqlardan sonra Yaponiyanın Baş naziri Fumio Kisido ilə birgə keçirdiyi mətbuat konfransında Tayvan uğrunda Çin ilə müharibə edəcəklərini vəd edib.

Bayden Çinin adaya hərbi müdaxiləsi ehtimalından danışarkən deyib: “Lazım gələrsə, ABŞ rəhbərliyi Tayvanı hərbi yolla müdafiə eləməyə hazırdır”.

Amerika Prezidenti ABŞ-ın “Vahid Çin” siyasəti ilə razılaşdığını xatırladıb, lakin qeyd edib ki, Tayvan adasının statusunun dəyişdirilməsi fikri belə qətiyyən qəbuledilməzdir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR