Saat:02:13
Haqqımızda

Bayden BMT TŞ-nin formatının dəyişdirilməsini təklif edəcək

2023-09-18 12:36:55

Bayden BMT TŞ-nin formatının dəyişdirilməsini təklif edəcək

Hurriyyet.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada ABŞ Prezidenti Cozef Baydenin BMT-nin Təhlükəsizlik Şurasının genişləndirilməsi, əlavə olaraq, 5 və ya 6 dövlətin şuranın daimi üzvlüyünə qəbul edilməsi ilə bağlı təklif vermək niyyətində olduğu bildirilir.

“Teleqraf” nəşrinin yazdığına görə, məlumatı Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi verib. ABŞ Prezidentinin Hindistan, Braziliya, Almaniya və Yaponiya dövlətlərini BMT-nin Təhlükəsizlik Şurasının üzvlüyünə qəbul edilməsi təklifi ilə çıxış edəcəyi gözlənilir. Qəzetin yazdığına görə, bu dövlətlərin şuranın daimi üzvü olması Rusiya ilə Çinin təsirinə qarşı durmaq imkanı verəcək.

Təhlükəsizlik Şurası BMT-nin daima fəaliyyətdə olan orqanıdır, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üçün məsuliyyət daşıyır. Hazırda Təhlükəsizlik Şurasının iclasında həmişə 15 dövlət iştirak edir – onlardan beşi daimi, onu isə müvəqqəti üzvdür. Daimi üzvlər bunlardır – Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Fransa. Onların veto hüququ var. Qalan 10 dövlət iki illiyə seçilir.  Braziliya, BƏƏ, Albaniya, Qana və Qabon 2022 və 2023-vü illər, Yaponiya, Ekvador, İsveçrə, Mozambik və Malta isə 2023-2024-cü illər üçün seçilib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.209928