Bayden artıq Çin-İran əlaqəsinə laqeyd yanaşa bilməz...Ağ Ev çıxış yolu axtarır...

2022-01-14 13:08:00

Bayden artıq Çin-İran əlaqəsinə laqeyd yanaşa bilməz...Ağ Ev çıxış yolu axtarır...

İranın XİN naziri Hüseyn Əmir-Abdullahiyan ötən il Tehran-Pekin arasında imzalanmış “hərtərəfli strateji tərəfdaşlığı” dərinləşdirmək üçün cümə günü Çinə səfər edəcək. Artan Çin-İran təhlükəsizlik əməkdaşlığı ABŞ, İsrail və Körfəz Ərəb ölkələrinin əsas təhlükəsizlik maraqları üçün ciddi təhlükədir. Onları həll etmək üçün Bayden administrasiyası indi bir sıra təcili addımlar atmalıdır.
Çin XİN sözçüsü Vanq Venbin çərşənbə axşamı Əmir-Abdullahiyanın cümə günü Çinə səfər edəcəyini təsdiqləyərək, "Çin, İran-Çin hərtərəfli strateji tərəfdaşlığını daha da dərinləşdirmək üçün İranla işləməyə hazır olduğunu" təkrarladı.
Pekin və Tehranın 2021-ci ilin martında imzaladıqları 25 illik strateji tərəfdaşlıq ABŞ-a meydan oxuyan bu iki ölkəyə nəhəng dividentlər təklif edir. Çin İranla əlaqələr qurmaqla Yaxın Şərqdə öz mövqelərini gücləndirir, ABŞ-ın reputasiyasını sarsıdır, İran neftinə və digər mühüm məhsullara çıxışı daha da asanlaşdırır. Öz növbəsində, İran ABŞ-ın rejimə qarşı sanksiyalarının effektivliyini azaldaraq, Çinin enerji və infrastruktur investisiyalarından milyardlarla dollar alacaq.
Pekin və Tehranın əməkdaşlığının böyük hissəsi iqtisadi və diplomatik əlaqələrə yönəlib. Həqiqətən də Çin və Rusiyanın rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı ötən ilin sentyabrında yekdilliklə İranı tam üzv etmək qərarına gəldi.
Bununla Çinin İran enerji resurlarını əldə etməsi və İrana sərmayə qoymağa hazır olması zamanla daha da güclənəcək ki, bu da təhlükəsizliyə iki cür təsir edəcək. Birincisi, Çin sərmayəsi İran üçün iqtisadi stimul və gəlir təmin edəcək. Tehran bu əlavə gəlirin mühüm bir hissəsini raket və PUA arsenalını qurmaq, nüvə proqramını inkişaf etdirmək, terrorizm ixrac etmək və qonşularına hücum etmək üçün istifadə edəcək.
Daha geniş mənada, əlavə Çin sərmayəsi ABŞ-ın İrana qarşı sanksiyalarının effektivliyini getdikcə azaldacaq. Bu, İranın nüvə proqramı ilə bağlı istənilən danışıqlarda dirənməsini gücləndirəcək. Çin dəstəyi diplomatiyanın uğursuzluqla üzləşməsi şansını da artırır və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ yaxud İsrailin hərbi əməliyyatları tələb oluna bilər.
Bundan əlavə, strateji tərəfdaşlıq sazişinin yekun şərtləri gizli qalsa da, sazişin “son versiya”sızmış məlumatlarda Çin və İranın birgə hərbi təlimlər, silahların inkişafı və kəşfiyyat məlumatlarının mübadiləsindən söhbət gedir. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini bunları göz önünə almağa məcburdur.
Çin-İran hərbi əməkdaşlığının artması zamanla İranın hərbi qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Yəni Çin-İran hərbi əməkdaşlığı nəzəri deyil, artıq baş verməkdədir. İran, Çin və Rusiya 2019-cu ilin dekabrında Hind okeanında, 2020-ci ilin sentyabrında isə Rusiyada birləşmiş hərbi təlimlər keçirib. İran və Çin qüvvələrinin iştirakı ilə daha bir birgə hərbi təlimin Fars körfəzində keçiriləcəyi bildirilir.
Qeyd edək ki, ABŞ-Çin İqtisadi və Təhlükəsizliyə Nəzarət Komissiyasının hesabatına görə, İranın 2020-ci ildə İraqdakı Ayn əl-Əsəd hərbi bazasında ABŞ qüvvələrinə hücumda istifadə etdiyini iddia etdiyi ballistik raketlərdən ən azı biri “çox güman ki, Çin ballistik raket texnologiyası ilə hazırlanıb”.
Təsadüfi deyil ki, Çin-İran təhlükəsizlik əməkdaşlığının dəqiq təfərrüatları qeyri-şəffaf olaraq qalır. Pekinin Tehranla artan əməkdaşlığı azaltmaq üçün kifayət qədər əsası var. Çin Kommunist Partiyası Körfəz Ərəb hökumətləri ilə əlaqələr qurmaqda can atır və İran ordusuna kömək etmək çətin ki, Pekinə Ər-Riyadda və ya Əbu-Dabidə tərəfdaş qazandırsın.
Bu balans taktikası çox güman ki, Körfəz Əməkdaşlıq Şurasının baş katibinin, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Bəhreyn XİN nazirlərinin bu həftə Çində olmasının səbəbini açıqlayır. Pekin həm Tehran, həm də Körfəz ölkələri ilə eyni vaxtda münasibətləri inkişaf etdirməyə çalışır. Bu, Çinin İranla təhlükəsizlik sahəsində artan ikitərəfli əməkdaşlığını Körfəzin o biri tərəfindəki liderləri narahat etməyəcək şəkildə qurmağı labüd edir.
Bu, Pekin üçün çətin olacaq və Vaşinqton bu problemi daha da "dərinləşdirməyə" çalışmalıdır.
Bunun üçün Vaşinqton anlamalıdır ki, Körfəz ərəb tərəfdaşlarına özlərini müdafiə etmək üçün silah verməkdən imtina onları silah üçün Çin və Rusiyaya üz tutmağa sövq edəcək. Bu, ABŞ-ın iki əsas düşmənini gücləndirəcək və ABŞ-ın Yaxın Şərqdəki təsir imkanlarını azaldacaq. Bu dinamika Misirə münasibətdə artıq özünü göstərib. Qahirə 2013-cü ildə ABŞ təyyarələrini, tanklarını və raketlərini ala bilməyəndə döyüş təyyarələri üçün Moskva və Parisə, PUA-lar üçün Pekinə üz tutdu. Eyni durum Səudiyyə Ərəbistanı üçün də keçərldiri və Çin bundan yararlanmağa can atır.
2-cisi Vaşinqton Körfəz tərəfdaşlarını Çin və Rusiyaya İrana böyük silah sistemlərinin verilməsinin onların Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə münasibətlərinə ciddi ziyan vuracağını başa salmağa təşviq etməlidir.
3-cüsü Konqres Pentaqonun və kəşfiyyat qurumlarının Çin-İran hərbi təlimləri, təlimləri, silahların inkişafı və kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı təfərrüatlı, illik, yazılı və açıq hesabatlar təqdim etməsini təmin etməlidir. Strateji sürprizlərdən qaçmaq üçün Vaşinqton İsrail və Körfəz ərəb tərəfdaşları ilə Çin-İran hərbi əməkdaşlığına dair kəşfiyyat məlumatlarını fəal şəkildə mübadilə etməlidir.
Çin-İran “hərtərəfli strateji tərəfdaşlığı”, İranın ŞƏT-ə üzv olması və İran XİN nazirinin bu həftə Çinə səfəri üç şeyi nümayiş etdirir: Pekin və Tehran arasında artan yaxınlaşma, Pekinin Yaxın Şərqdə güclənən nüfuzu və Vaşinqtonun Çinlə böyük güc rəqabətinin təkcə Hind-Sakit okeanda baş verməyəcəyi reallıqdır.
Vaşinqton Yaxın Şərqdən yorulmuş ola bilər, lakin Pekin yeni başlayır. 

Ülviyyə, Hurriyyet.az