Saat:22:56
Haqqımızda

Bayden: “ABŞ ilə Ermənistanı tarixi bağlar birləşdirir, ölkəmizdə 1,5 milyon erməni yaşayır”

2021-09-21 15:03:00

Bayden: “ABŞ ilə Ermənistanı tarixi bağlar birləşdirir, ölkəmizdə 1,5 milyon erməni yaşayır”

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Ermənistanı müstəqilliyinin 30 ili münasibəti ilə təbrik edib. O, respublikanın Baş naziri Nikol Paşinyana müraciətində qeyd edib ki, ABŞ ilə Ermənistanı tarixi bağlar birləşdirir, həmçinin, 1,5 milyondan artıq erməninin Birləşmiş Ştatların vətəndaşı olması da ikitərəfli münasibətləri möhkəmləndirir.

Bayden xatırladıb ki, 2021-ci ildə İrəvan ilə Vaşinqton iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini də qeyd edəcəklər. O, demokratik institutların möhkəmləndirilməsi, korrupsiya ilə mübarizə, qanunun aliliyinin təmin edilməsi, koronavirusla mübarizə məsələlərində Vaşinqtonun İrəvanı dəstəkləməyə davam eləməyə hazır olduğunu da bildirib. Bayden artıq ABŞ-ın Ermənistana 14,2 milyon dollardan artıq vəsait ayırdığını da qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR