Baxçalı Zelenskinin iddiasına CAVAB VERDİ

2022-05-02 22:51:00

Baxçalı Zelenskinin iddiasına CAVAB VERDİ

Zelenskinin ikili standartlarla bağlı bəyanatına MHP lideri və parlamentdəki hakim koalisiyada Ərdoğanın müttəfiqi sayılan Dövlət Baxçalıdan cavab gəlib.

Baxçalı Zelenskidən türk xalqına qaşrı hörmətli olmağı tələb edib:

“Dünya ölkələrinin Rusiya-Ukrayna müharibəsinə münasibətini nəzərə alaraq, cənab Zelenski türk xalqına münasibətdə çox hörmətli çıxış tərzindən istifadə etməlidir. Türkiyə bu gün Rusiya-Ukrayna müharibəsini həll etməyə və sülhə gəlməyə çalışan yeganə ölkədir. Zelenski Yunanıstana yox, türk xalqına güvənsəydi, daha yaxşı olardı”.

Qeyd edək ki, Ukrayna prezidenti Türkiyənin Rusiya turizmi üçün bir neçə turizm marşrutu hazırladıqladığna görə Türkiyədən incidiyini və bunun ədalətli olmadığını dilə gətirib. \\Nocomment.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya