Batabat möcüzəsi müalicəvi Zorbulaq

2022-08-04 21:35:00

Batabat möcüzəsi müalicəvi Zorbulaq

Naxçıvan Muxtar Respublikasında 214 dən yuxarı mineral su mənbəyi var. Bulaqların sayı hesabı isə yoxdur. Bu bulaqlardan biridə gözəl təbiəti və təmiz havası ilə seçilən Batabat gölü ətrafındakı Zorbulaq-dır.
Bu suyun üstünlüyü ondan ibarətdir ki, tərkibində həll olunmuş oksigenin miqdarı çoxdur. Buda ürək qan damar sistemi və ümumilikdə ürək xəstələri üçün faydalı bir sudur. Suyun gündəlik debiti 60.000 litrdir və buda təbii ki,böyük göstəricidir.

Suyun sərin və həddindən artıq soyuq olması,süxurların litoloji tərkibindən aslıdır. Bəzi süxurlar var ki,su ilə təmas etdikdə istilik udulması ilə reaksiyaya girir, bəzilərində isə əksinə olaraq istilik ayrılır. Məsələn ; əhəng ,gəc və.s su qatılanda qızışma, istilik əmələ gəlir. Tiosulfat su ilə qarışanda isə sərinlik verir. Bu suların sərin olmasının səbəbi də, süxurların litoloji tərkibi ilə əlaqədardır. Bundan əlavə Zorbulaq da məhz bu səbəbdən, əli suyun içində çox saxlamaq olmur. Çünki kəskin temperatur fərqi yarandığına görə,həmin hissədə qanın dövranı kəskin şəkildə azalır ki, buda sinirlərə təsirsiz ötüşmür.

Zorbulaq vulkanik süxurlardan çökür və vulkanik süxurları özünə qatıbdır ki, bu süxurların əsas tərkibi kalsium karbonat, mergel və.s. Eyni zamanda bu su qum daşlarının təbii filtrindən keçib saf ideal suya çevrilib,dum duru şəkildə bulağa axır.

 

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov 

Mənbə: Qidaelmi.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.079923