Saat:16:15
Haqqımızda

"Başıma bir iş gəlsə, Qədir və ətrafı səbəbkardır" - Türkan sakini şikayətinə baxılmadığını iddia edir

2024-03-26 12:23:59

Türkan bağlar massivinində yaşayan Məmmədov Qumşut Yusub oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qohumları tərəfindən haqsızlıqla qarşılaşır və polis şikayətinə baxmır.  
“Mən, Məmmədov Qumşut Yusub oğlu, yazaraq sizə və lazımi qurumlara bildirirəm ki, artıq canımdan bezmişəm, çarəni ölümdə görürəm.

İkinci həyat yoldaşımla 25 ildir ki, qeyri-rəsmi bir yerdə yaşayırıq. Yoldaşım 1-ci qrup gözdən əlildir. Ona mən baxıram. Rəhmətlik oğlumun Türkan bağlar massivinində olan evində yaşayırıq. Burada qohumlar bizə qənim kəsiliblər. Başımıza olmazın oyun açırlar.

2023-cü il dekabrın 11-də Qədir adlı şəxs öncədən plan quraraq, başımıza oyun açdı. Kreditlə bir maşın almışdım, bir də Hövsan qəsəbəsində çayxana götürüb işlədirdim. Yoldaşımla işləyib, dolanırdıq. Qədir adlı şəxs bir gün çayxanaya gəlmişdi. Həmin gün qazi dostumuzun doğum gününü qeyd edirdik. Həmin gün yoldaşımın gözünün görməməsindən istifadə edib, mənim bakalıma bilmədiyim bir dərman əlavə edib. Bu səbəbdən də mən özümdə olmamışam və o, mənim maşınımı sürüb, qəza törətmişdir. Həmin vaxt həyat yoldaşım da mənimlə birgə maşında idi.

2 ay yoldaşım xəstəxanada qaldı, özüm də əzik və sınıqla xəstəxanadan çıxmışam. Bir sözlə, bizi ölümə aparıb. Bir müddət özümə gəldikdən sonra məni aldadıb, guya, vurduğu maşının sahibi ilə barışıq ərizəsi imzaladılar. Əlbəttə, aldanıb başıma gələcəklərdən xəbərsiz olmuşam. Həmin vaxtı bildirdilər ki, məsələ həll olunur, bizimlə heç kəsin işi olası deyil.

1 il keçəndən sonra qarşı tərəf məhkəmə yolu ilə məndən 10 min manat pul tələb etdi. Dəfələrlə DİN-in 102 xidmətinə müraciət etmişəm, 1 dəfə 961-ə, 1 dəfə də 161 xidmətinə zəng vurmuşam. Lakin bir dəfə olsun işlə maraqlanan olmayıb.

Cənab Prezidentə də məktub ünvanlamışam, yenə də nəticə olmadı.
Əlimdə mənə şər-böhtan atan adamların nə işlərlə məşğul olmaları haqqında video görüntülər var. Polis bunların heç biri ilə maraqlanmır. Gəlib bir dəfə maraqlansalar, görərlər ki, o insanlar yaxşı işlərlə məşğul olmurlar. Əlacsız qalsam, bu dəfə də şikayətimə baxılmasa ölümlə üz-üzə qalsam belə,həmin video görüntüləri üzə çıxaracam. Və burdan da bildirmək istəyirəm ki, başıma nə iş gəlsə bilin ki, Qədir adlı şəxs və ətrafı səbəbkardır.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR