Baş qərargah rəisi Eduard Asriyan: "Döyüş mövqelərimizin bir hissəsini itirdik"

2022-09-16 15:44:00

Baş qərargah rəisi Eduard Asriyan:

Eermənistan Respublikasının Silahlı Qüvvələrinin baş qərargah rəisi Eduard Asryan Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər-Cermih nahisəində yaranmış hərbi vəziyyəti dəyərləndirərək deyib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmə qrupları Cermukdan 4,5 km aralıda yerləşir: "Azərbaycan ordusunun üstünlüyünü nəzərə alaraq, biz döyüş mövqelərimizin bir hissəsini itirdik və bu çatlar vasitəsilə Azərbaycan ordusu müdafiəmizə dərindən nüfuz edə bildi".

Qeyd edək ki, sentyabrın 12-13 də Kəlbəcər-Cermuk, eləcə də digər sərhəd bölgələrində hərbi eskalasiya müşahidə olunub. Ermənsitanın diversiya qruplarının təxribatına cavab verən ordumuz bir sıra yüksəklikləri tutaraq düşməni geri oturdub, hərbi texnika və canl qüvvə baxımından tələfata uğradıb. 

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065150