BAŞ PROKURORLUQLA DİN ARASINDA “SOYUQ SAVAŞ” – Və yaxud DİN-ə 50 metrlikdən “atılan daş”!

2022-06-03 13:02:00

BAŞ PROKURORLUQLA DİN ARASINDA “SOYUQ SAVAŞ” – Və yaxud DİN-ə 50 metrlikdən “atılan daş”!

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Kəmalə Balaş qızı Amanova (Abdullayeva) tərəfindən “Hürriyyət”in elektron poçtuna növbəti şikayət məktubu daxil olub. Hurriyyet.az saytı şikayətçinin məktubunu olduğu kimi dərc edir:

“16.05.2022-ci il tarıxdə Baş prokuror Kamran Əliyevlə Daxili İşlər naziri Vilayət Eyvazovun  şəkillərini yan-yana qoyaraq, internetdə post paylaşımışdım.

Bildirmişdim ki, törədilmiş, başa çatmış və rəhbərlik etdiyiniz qurumların vəzifəli şəxsləri tərəfindən bu günə kimi üstü ört-basdır edilmiş cinayətlərin üstünün açılmasında maraqlısınızsa,  buyurun, təqdim etdiyim faktları-subutları qəbul edin.

17.05.2022-ci il tarixdə (səhərisi günü sübh tezdən) Suraxanı rayon Polis İdarəsinin rəhbər şəxsləri əl telefonuma zəng vurub məni Polis İdarəsinə dəvət etdilər. Bir neçə gündən sonra dəvəti qəbul edib Suraxanı Rayon Polis İdarəsində oldum. Məni rəhbərlik qəbul etdi və dinlədi. Polis İdarəsində aparılmış İstintaqla bağlı heç bir təsdiqedici, hüquqverici sənədlərin olmaması, izi itirmək üçün cinayət işinin materiallarının yoxa çıxarılması, cinayət İşinin materiallarının məhv edilməsini təsdiq edən heç bir aktın olmaması və mənim təqsirkar dəstə üzvlərindən dolayısı ilə əldə etdiyim qərarları görən Polis İdarəsinin rəhbərliyi  törədilmiş və başa çatmış cinayətin üstünün həqiqətən də ört-basdır edildiyini etiraf etdilər.

Cinayətin üstünün açılması üçün hüquqi yolun Prokurorluqdan keçdiyini haqlı olaraq bildirdilər.

Belə ki, cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərarların prokuror tərəfindən ləğv edilməsi və yenidən istintaq aparılmasını bildirdilər. Daxili İşlər Nazirliyinin rəhbərliyindən fərqli olaraq Baş Prokurorluğun internetdə gedən paylaşmaya heç bir reyaksiya verməməsinə baxmayaraq, məsələnin hüquqi həllini tapması üçün Baş Prokurorluğa üz tutdum. Uzun çək-çevirdən sonra Baş Prokurorluğun yetkili şəxsi Eldar Sultanovun qəbulunda oldum. Eldar Sultanov məni Suraxanı rayon Prokurorluğuna  yönləndirdi. 30.06.2022-ci il tarixdə Suraxanı rayon prokurorunun məni yüksək səviyyədə qarşılamasına baxmayaraq, məsələnin Baş Prokurorluqla razılaşdırılmalı olduğunu bildirdi.

Cavab gəlmədiyini görüb, 02.06.2022-ci ildə yenidən Baş Prokurorluqda oldum. Bundan sonra nə baş verdi...

Mənim əziz millətim!  Gəlin əl-ələ verək. Dövlətimiz, dövlətçiliyimiz, müstəqilliyimiz əlimizdən gedə bilər. Gəlin Baş Prokurorluqla Daxıli İşlər Nazirliyi arasında gedən ədavətdən, intriqadan kənarda qalaq. Bizlərdən, sizlərdən qurbanlıq kimi istifadə etməsinlər. Gəlin, bunların əllərində alətə çevrilməyək.

Baş Prokurorluqda SOS SİQNALI çalınmaqdadır. Biləsiniz ki, Baş Prokurorluğun rəsmi şəxsi rəhbərlikdə kimlərləsə danışdıqdan sonra mənə yol göstərir ki, Daxili İşlər Nazirliyi 50-cə metr aşağıdadır, get səs küy sal səni qəbul etsin. Çünki törədilmiş cinayətin üstünü onlar ört-basdır ediblər. Pul alıb cinayətin üstünü ört-basdır etdikləri kimi, canları çıxsın, açsınlar.

Özünü dərk edən vətəndaş, Prokurorluğun funksiyasından və səlahiyyətlərindən anlayışı olan hər bir insan dərk edir ki, bu Baş prokurora və qurumun rəhbər şəxslərinə xas olan hərəkətlər deyil. Bu məmur təxribatdır. Bu dövlətçiliyə xələl gətirəcək hərəkətlərin təməli və başlanğıcıdır. Baş prokuror ona verilən səlahiyyətlərdən qanuni istifadə edib, cinayətin üstünün açılmasına göstəriş vermək əvəzinə, məni və mənim kimi  onlarla isanı başqa səmtə yönəldir.

Daxili İşlər Nazirliyinin rəhbərliyini və əməkdaşlarını ayıq-sayıq olmağa çağırıram. Təxribata uymayın. Vətəndaşlara qarşı mülayim davranın. “Daş”ı atdıranlar DİN-dən əlli metir yuxarıda oturan səlahiyyət sahibləridir.

Baş prokuror bu  gün məlum cinayətin üstünü açmasa, bilsin ki, gələcəkdə bu cinayətin üstü açılacaq və məsuliyyət onun ayağına yazılacaqdır”.

Hurriyyet.az

  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya