Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli şəxs saxlanıldı
2025-11-01 23:03:19
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Hurriyyet.Az Unikal-a istinadla xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Nadir Yədulla oğlu Muradov saxlanılıb.
Onun hansı səbəbdən saxlanması hələlik açıqlanmayıb.
N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbsqətimkan tədbiri ilə bağlı qərar verilib.
