Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ

2022-09-19 13:39:00

Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ

Baş Prokurorluq Azərbaycan Ordusu ilə bağlı dəqiqləşdirilməmiş məlumat yayan şəxsə xəbərdarlıq edib.

Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.

"Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən erməni təxribatlarının qarşısının qətiyyətlə alındığı həssas bir dönəmdə müxtəlif sosial şəbəkələrdə Azərbaycan ordusu və hərbçilərinin nüfuzdan salınması istiqamətində təxribat xarakterli müxtəlif məlumatların paylaşılması müşahidə edilməkdədir.

Bu qəbildən olan informasiyaların təhlili zamanı Xasməmmədov Taleh Vidadi oğlunun feysbuk sosial şəbəkəsindəkişəxsi hesabında 16.09.2022-ci il tarixdə paylaşdığı Ermənistanla sərhəddə baş vermiş silahlı təxribatın qarşının alınması zamanı cari ilin 13 sentyabr tarixində şəhid olmuş, əslən İmişli rayonundan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından birinin atasının oğlunun xidmətə qəbul edilməsi üçün 3000 manat pul verməsi barədə paylaşımı müəyyən edilib. Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Taleh Xasməmmədov qeyd edilən məlumatı sosial şəbəkədə oxuyaraq öz hesabında paylaşdığını, həqiqətdə isə belə adam tanımadığını, əlavə məlumatının olmadığını bildirib.

Eyni zamanda, 2022-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarından şəhid olmuş hərbi qulluqçulardan İmişli rayonunda yaşayan və ya qeydiyyatda olan hərbi qulluqçunun olmadığı müəyyən edilib.

Taleh Xasməmmədovun Azərbaycan Ordusu ilə bağlı dəqiqləşdirilməmiş informasiyaları yaymasının qanunsuz xarakteri diqqətinə çatdırılaraq, ona qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilmişdir.

Həmçinin, Hərbi Prokurorluqda şəhid Səbuhi Əhmədovun qardaşı Əhmədov Sənan Fuad oğlunun sosial şəbəkələrdə yayılmış 14-15 sentyabr 2022-ci il tarixli video müraciətləri ilə əlaqədar araşdırma davam etdirilir, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000137