Baş prokurorluqda işləyən general, idarə rəisi Ramil Məcidovun atası ölkədən qaçıb...? - Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə həbs oluna bilər...

2022-04-24 13:27:00

Baş prokurorluqda işləyən general, idarə rəisi Ramil Məcidovun atası ölkədən qaçıb...? - Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə həbs oluna bilər...

Son vaxtlar, bəzi vəzifəli şəxslərin yarıtmaz fəaliyyətləri və əldə etdikləri topdağıtmaz sərvətlərinin həddindən çox olması, onların daha da irəliyə getməsinə, daha çox mal-mülk qazanmalarına səbəb olur. Bir çox məmurlar həbs olunduqdan sonra varidatları zərərçəkmiş şəxslərə ödənilsədə belə, yerdə qalan bəzi tamahgir məmurlara dərs olmadı.

Bəzi məmurlar nəinki dərs almır, heç gələcəkdə nə olacağını, hadisələrin nə ilə yekunlaşacağını fikirləşmək belə istəmirlər, təki milyonlar gəlsin. Sonda da bəzi məmurların iyrənc hərəkətlərini cəmiyyətimizə və cənab Prezidentimizə çatdıran jurnalistlərə qarşı böhtan və təhqirlə bağlı şər-şəbədə ərizələri yazırlar. Bu şər-şəbədə yazanlardan biri də vaxtilə İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hal-hazırda həbsdə olan Vilyam Hacıyev olub.
Vilyam Hacıyev özü o zamanlar icra başçısı olsa da oğlu Hüquq Mühafizə Orqanlarında çalışırdı.

Dünən sosial şəbəkələrdə bir xəbər diqqətimi çəkdi. 21-ci saat.orq saytının verdiyi məlumata görə Göyçay rayon  İcra Hakimiyyətinin keçmiş başçısı, hal-hazırda axtarışda olan Mehdi Səlimzadə ölkədən qaçıb. Məlumatda o da bildirilir ki, Mehdi Səlimzadənin bağ evinə Hüquq Mühafizə Orqanlarının nümayəndələri gəlsələr də Mehdi Səlimzadəni tapa bilməyiblər. Xəbərdə o da bildirilir ki, Mehdi Səlimzadə, həyat yoldaşı Məsiməxanım Məcidova və Mehdi Səlimzadənin sürücüsü və köməkçisi işləmiş qardaşı oğlu Toğrul Səlimzadə ilə birlikdə qeyri-müəyyən istiqamətə qaçıblar.
Xatırladaq ki, Mehdi Səlimzadə baş prokurorluqda idarə rəisi olan, general Ramil Məcidovun atasıdır. Əgər Hüquq Mühafizə Orqanlarından Mehdi Səlimzadəni axtarırlarsa idarə rəisi olan oğlu, general Ramil Məcidov onun harada olduğunu yaxşı bilər. 
Biz də öz növbəmizdə Mehdi Səlimzadənin telefonlarına dəfələrlə zəng etsək də heç bir nəticə əldə edə bilmədik./gundelik-baku
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin rəyini dərc etməyə hazırıq. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya