Saat:14:56
Haqqımızda

Baş Prokurorluq, yoxsa “dövlət korrupsiya şirkəti”?

2022-05-17 11:07:00

Baş Prokurorluq, yoxsa “dövlət korrupsiya şirkəti”?

Abunə haqqı beynəlxalq danışıqlara avans kimi götürülərək, xətlər bağlanır; 161 qaynar xəttinə zənglərə qadağa qoyulub

Dələduzluq cinayətlərinin ən geniş yayılmış növünün kiber-dələduzluq olması çoxlarına bəlli deyildi.  İnternet dönəmində isə hər gün belə hallarla üzləşirik. “Kiber”ə o qədər də bağlılığı olmasa da, Baş Prokurorluğun korrupsiyaya qarşı 161 qaynar xəttinin zənglərə görə 15 qəpikdən yarım manata kimi dəqiqə hesabı haqq tutmasını vurğulayaq.

Mobil operatorlardan “Bakcell” şirkəti qısa nömrələrə zənglərin tarifinin həmin qısa nömrələrin sahibləri tərəfindən müəyyən edildiyini bildirib. Belə çıxır, B Prokurorluq dövlət şirkəti imiş! Onda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də DÖVLƏT KORRUPSİYA ŞİRKƏTİDİR? ! Təsəvvür edin, telefon xidmətinin qanunsuz ödəniş tutmasından, dələduzluq faktından 161 qaynar xəttinə zənglərə telefon dəllaları qadağa qoyub! Kimdən və kimə şikayət edəsən, telefon xidmətindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, yoxsa Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən telefon xidmətinə? Hər ikisi xidmətdən (dələduzluqla) imtina edir! (?) Burda deyiblər, səndən sənə şikayətim var...

Bü günlərdə “Aztelekom”un, “Baktelekom”un yeni dələduzluq metodu da üzə çıxıb. İnternet üzərindən abunə haqqının ödənilməsinə süni qadağa qoyulur və müştəriyə beynəlxalq  və şəhərlərarası danışıqlar üçün avans kodu təqdim edilir. Müştəri – abonent də fərqinə varmadan ödəniş edir və hətta sevincindən hoppanıb-düşür ki, abunə haqqını ödədi , stasionar telefon bağlanmayacaq. Bir az keçir, telefonun dəstəyini qaldırıb nömrə yığmaq istəyəndə, aylıq abunə borcuna görə telefonun bağlandığı bildirilir. Telefon bağlı olduğundan zənglə bu bağlılığa cavab tapa bilməyən müştəri yenidən ödəniş etmək zorunda qalır və... inandırıcı olmasa da, bəlli olur ki, yenə də “bəxtini sınamalıdır”, ödəniş beynəlxalq və şəhərlərarası danışıqlar üçün avans “kodu”na düşüb”! (?) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət etməyin də sonucu olmur, “avans kodu”ndan “abunə koduna keçidin” ən tezi iki həftə  (?) çəkəcəyi deyilir. İndi rabitə dələduzluğuna qiymət verin, 2.85 manat aylıq abunə haqqını iki dəfə artıqlaması ilə ödəyəsən və telefonun da ay ərzində bağlı qala. Belə rəqəmsal inkişaf xidmətindən kim inciyər?

Görəsən, telefon xidmətinin telefonu müvəqqəti qadağadan çıxarmağa texniki imkanı da yoxdur? Müvəqqəti xarakterli müdafiə tədbiri haqqında məhkəməyə müraciət edilsə və vicdanlı hakim ərizəni təmin etsə, açılmayacaq ki, texniki yöndən mümkün deyil?

Məğrur BƏDƏLSOY

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR