Baş Prokurorluq Vardanyan haqda niyə susur?

2022-12-30 15:57:00

Baş Prokurorluq Vardanyan haqda niyə susur?

Rusiyada çirkli pullar qazanıb, sanksiya təhlükəsi yaranan kimi Xankəndiyə göndərilən, burada “dövlət naziri” təyin edilən, bir müddət öncə isə Rusiya vətəndaşlığından çıxarılan milyarder Ruben Vardanyan Azərbaycan qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb edilməlidirmi?

Hurriyyet.az xəbər verir ki, Ruben Vardanyan hər şeydən öncə Xankəndi və ətrafında yaşayan erməni icması üçün humanitar dəhliz kimi nəzərdə tutulan Laçın yolundan “3-cü ölkə vətəndaşı” olaraq, qanunsuz istifadə etməklə Qarabağa gəlib. Bu isə Azərbaycan qanunlarının pozulmasıdır.

Həmçinin Vardanyan burda separatçı-terrorçu fəaliyyətin aktivləşməsində ciddi rol oynayır: o, erməni icmasını Azərbaycan qanunlarına tabe olmamağa çağırır, Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar təhdid yaradır, etnik zəmində münaqişəni körükləyir, terror fəaliyyəti göstərir. Paralel olaraq Vardanyan Azərbaycanın sərvətlərinin qanunsuz olaraq talanması və ölkəmizdən daşınmasına rəhbərlik edənlər sırasındadır.

Milli Məclisin bugünkü iclasında çıxış edən millət vəkili Fəzail Ağamalı da Ruben Vardanyanın cinayətlərinə diqqət çəkərək, onun barəsində cinayət işi açılmalı olduğunu və həbs edilməsinin vacibliyini bildirib.

Azərbaycan Baş Prokurorluğu indiyə qədər Ruben Vardanyanla bağlı hansı addımı atıb?

Qeyd edək ki, Baş Prokurorluğa bu barədə 3 gündür ardıcıl verdiyimiz sorğu hələ də cavablandırılmayıb.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146624