Baş Prokurorluq Təyyar Hüseynliyə xəbərdarlıq etdi

2022-08-04 15:08:00

Baş Prokurorluq Təyyar Hüseynliyə xəbərdarlıq etdi

Baş Prokurorluq özünü din xadimi kimi təqdim edən Təyyar Hüseynlinin səsləndirdiyi fikirlər və bu fikirlərə göstərilən reaksiyalarla bağlı açıqlama yayıb.

Hurriyyet.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan monitorinq nəticəsində müəyyən edilib ki, Abşeron rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslər barəsində kəskin və Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqiramiz ifadədələr işlətmiş, bunun davamı olaraq baş vermiş müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.

Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub.

Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənib.

“Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyi bildirilir”, məlumatda qeyd edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl T.Hüseynli müsahibəsində çimərliyə həyat yoldaşı ilə gedən kişiləri təhqir etmişdi. Onun fikirləri cəmiyyətdə sərt tənqid olunmuşdu.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057794