Baş prokurorluq polisin nişanlısını öldürməsi və intihar etməsi ilə bağlı məlumat yaydı

2022-04-22 15:10:00

Baş prokurorluq polisin nişanlısını öldürməsi və intihar etməsi ilə bağlı məlumat yaydı

Bakıda polisin nişanlısını öldürüb, daha sonra özünün intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib.

O qeyd edib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, hadisə bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində qeydə alınıb.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib. (report)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya