Baş Prokurorluq: Naxçıvan MR-in sabiq prokuroru həbs olunmayıb

2023-02-02 11:57:00

Baş Prokurorluq: Naxçıvan MR-in sabiq prokuroru həbs olunmayıb

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib edib.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.

"Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır", - məlumatda qeyd olunub.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.309038