Baş prokurorluğun qaynar xətti nə üçündür?

2022-09-08 10:49:00

Baş prokurorluğun qaynar xətti nə üçündür?

492 5540 “mövcud olmadığını”, 4920138 şikayətlər üçün nəzərdə tutulmadığını bildirir 

Qanunun icrasına nəzarət edən prokurorluğa təcili hallarda zəng etmək müşkülə dönüb. Daha doğrusu, zənglərə qəsdlə qadağa qoyulub.

06 sentyabr 2022-ci ildə 4925540 və 4920138 qaynar xətti vasitəsilə 24-cü PŞ-nin 1-ci dərəcəli Qarabağ əlilini həbs edib işgəncəyə məruz qoymasını qeydə aldıra bilmədik. 492 5540 -dan avtocavabverici nömrənin mövcud olmadığını, 492 0138-dən növbətçi prokuror 961-ə ,161-ə zəng etməyi bildirdi. 961 ümumiyyətlə qəbul etmədi, 161 isə polisdən şikayətə baxılmadığını vurğuladı. Yenidən 492 0138 nömrəsini yığanda növbətçi prokuror bu nömrənin şikayətləri qəbul etmək üçün olmadığını bildirdi. “Bəs nə üçündür” sualımıza isə dəstəyin asılması ilə cavab verildi.

Baş prokurorluğun saytında isə  qaynar xətt nömrələrinin 4925540, 4920138 olması göstərilir. Görəsən, qaynar xətt bəs nə üçündür? Şikayətlər üçün deyilsə, bəs nədən ötrüdür? Yanında yatmaqdan, növbə çəkməkdən ötrü? Belə qaynar xəttin adı yalnız gözə kül üfürməkdir.

Məğrur BƏDƏLSOY


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064279