Saat:07:44
Haqqımızda

“Baş nazirin proqnozu düz çıxsa, şəhərdə çılpaq gəzəcəyəm”

2021-12-07 16:16:00

“Baş nazirin proqnozu düz çıxsa, şəhərdə çılpaq gəzəcəyəm”

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin proqnozları düz çıxsa, Rustaveli prospektində çılpaq gəzəcəyəm”.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin Beynəlxalq Ticarət Palatasının sədri Fadi Asli öz feysbuk hesabında yazıb.

İ.Qaribaşvili dekabrın 6-sı hökumətin iclasında bildirib ki, gələn il ölkə iqtisadiyyatının ümumi həcmi 65 milyard lari təşkil edəcək. Onun sözlərinə görə, bu isə o deməkdir ki, adambaşına düşən ÜDM (Ümumi Daxili Məhsul) 5,5 min dolları keçəcək ki, bu da tarixi maksimum olacaq.

2013-2020-ci illərdə adambaşına düşən ÜDM-nin artımı dollarla sıfır faiz idi, indi isə cəmi bir ildən sonra baş nazir onu 15%-ə yüksəltmək fikrindədir? 2022-ci ildə adambaşına düşən ÜDM 5500 dollara çatsa, söz verirəm ki, Rustaveli prospektində çılpaq gəzəcəm”, - deyə Asli bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR