Baş nazir: Sizdən böyük satqın yoxdur!
Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ki-Uest paketi yoxdur.
Hurriyyet.az armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Milli Məclisdə hökumətin rəsmi saytında Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı dövlət qurumlarının əlində olan bir neçə sənədin dərcini şərh edərkən bildirib.
"Onlar soruşur ki, niyə Ki-Uest paketini dərc etmirsiniz? Hökumətdə bu sənəd paketi yoxdur. O, "Haykakan Jamanak” qəzetində dərc olunub və onu qəzetə Levon Ter-Petrosyan ötürüb”, - Paşinyan bildirib.
Baş nazir qeyd edib: "Onlar 30 il və ya daha çox hakimiyyətdə olub və biz 100 dəfə demişik: yaxşı, şanslar var idisə, bunu niyə etmədiniz? Yəni ermənipərəst həll şansı var idi? Yoxudu. Onda niyə bizə satqın deyirsiniz? Onda sizdən böyük satqın yoxdur!"
