Baş nazir karantin rejimi ilə bağlı bu qərarı ləğv etdi

2022-05-26 13:50:00

Baş nazir karantin rejimi ilə bağlı bu qərarı ləğv etdi

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182, № 12, maddələr 1514, 1533, 1543; 2022, № 1, maddələr 61, 80, № 2, maddə 164; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 mart tarixli 71 nömrəli, 14 aprel tarixli 152 nömrəli, 22 aprel tarixli 171 nömrəli qərarları) əlavə - “İşçilərinin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədinin olması, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olmasının tələb edildiyi iş və xidmət sahələrinin Siyahısı”nın 5.2-ci bəndində “turagentliklərinin” sözü “turagentlərin” sözü ilə əvəz edilsin.

2. “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 16 iyul tarixli 97 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 588; 2006, № 5, maddə 463; 2007, № 10, maddə 1013; 2009, № 1, maddə 32; 2018, № 8, maddə 1817; 2020, № 10, maddə 1311) ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 may 2022-ci il


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya