Saat:10:29
Haqqımızda

Baş nazir İsa Həbibbəylinin oğlu ilə bağlı sərəncam imzaladı - FOTO

2024-02-28 14:54:22

Baş nazir İsa Həbibbəylinin oğlu ilə bağlı sərəncam imzaladı - FOTO

Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Ərəstü İsa oğlu Həbibbəyli təsdiqlənib. 

Hurriyyet.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Ərəstü Həbibbəyli bir neçə il idir sözügedən şöbədə müdir vəzifəsini icra edirdi. 

Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışıb, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışıb. 

Ərəstü Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229705