Baş nazir: Heç kimə ərazi iddiamız yoxdur
Ermənistanın regiondakı bütün ölkələrin ərazi bütövlüyünü tanıyır və heç bir ölkəyə ərazi iddiası yoxdur.
Hurriyyet.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ümumerməni Forumunda bildirib.
O əlavə edib ki, ölkəsi nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil.
“Aİİ bazarı işgüzar dairələrimiz üçün digərlərindən daha əlçatandır və Ermənistan digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək”.
Paşinyan qeyd edib: "Vəzifəmiz Avropa İttifaqı ilə ticarətin həcmini artırmaqdır. İqtisadiyyatın diversifikasiyası həm Avropa İttifaqı, həm də ABŞ ilə işlədiyimiz bir prosesdir".
Baş nazir Ermənistanın Avropa İttifaqına tamhüquqlu üzv olmaq imkanını əldən verməyəcəyini bəyan edib.
“Aİ-yə tamhüquqlu üzvü olmaq və digər şeylərlə yanaşı, bu yolda yarana biləcək təhdidləri nəzarət altında saxlamaq üçün az-çox real fürsət görsək, bu anı qaçırmayacağıq. Bu yolda bir çox mühüm amillər var. Gürcüstan-Avropa İttifaqı, Türkiyə-Aİ əlaqələri də çox önəmlidir və bu kontekstdə Ermənistanla Türkiyə arasında münasibətlər necə inkişaf edəcək”.