Saat:11:19
Haqqımızda

Baş nazir: Bu, birbaşa hücumdur, cavab verəcəyik

2025-03-27 19:08:51

Baş nazir: Bu, birbaşa hücumdur, cavab verəcəyik

ABŞ prezidenti Donald Trampın bütün xarici istehsal avtomobillərinə 25% rüsum tətbiq etməsini Kanadaya “birbaşa hücum”dur və buna cavab variantlarını araşdırırıq.

Belə bir bəyanatla Kanadanın baş naziri Mark Karni çıxış edib.

"Biz işçilərimizi qoruyacağıq. Şirkətlərimizi qoruyacağıq, ölkəmizi qoruyacağıq", - Karni keçirdiyi mətbuat konfransında deyib.

Karni tariflərin tətbiqini ABŞ, Kanada və Meksika arasındakı razılaşmasını pozan "birbaşa hücum" adlandırıb.

Baş nazir onu da qeyd edib ki, Kanada cavab variantlarını nəzərdən keçirəcək.

"Biz zərurət yaranarsa, cavab rüsumlarının tətbiqi üçün mexanizmlər hazırlamışıq. Bu məsələ ilə bağlı çoxlu mülahizələr var", - o deyib. \\Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166706