Saat:15:45
Haqqımızda

Baş keşiş: “Yunanlarla türklər bərabər ola bilməz”

2021-09-27 16:07:00

Baş keşiş: “Yunanlarla türklər bərabər ola bilməz”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Cənubi Kipr pravoslav kilsəsinin baş yepiskopu II Xrizostom Kipr türklərinin “Yunan əksəriyyəti ilə eyni hüquqlara malik ola bilməyəcəyini” söyləyərək, bu bərabərlikdən söhbət gedə bilməyəcəyini deyib.

“Katimerini” həftəlik nəşrinin yazdığına görə, II Xrizostom Şimali Kirp Respublikasının Prezidenti Ersin Tatar ilə sələfi Mustafa Akıncının tezislərini müqayisə edərək deyib: “Akıncının Tatardan daha çox kiprli olduğunu deyə bilərəm”.

Keşiş deyib: “Təəssüf ki, Ersin Tatar müzakirələr üçün Kipr Türk icmasına çoxluq təşkil edən kiprli yunanlarla eyni hüquqların verilməsini qəbul eləməyi qarşımıza şərt qoyur. Bu, ola bilməz”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR