Saat:14:40
Haqqımızda

"Barselona"nın ulduzu "Real"a keçir? - Özü açıqladı

2025-06-02 19:32:36

"Ən yaxşı olduğumuza inanmalıyıq".

Bu sözləri "Barselona"nın gənc ulduzu Lamin Yamal ispan mətbuatına müsahibəsində bildirib. 

"Real Madrid" "Arsenal"a uduzanda insanlar onların geridönüş edəcəyinə inanırdılar. Biz "İnter"lə heç-heçə etdik və hamı "Barselona"dan şübhə duydu. Dəyişilməli olan məhz budur".

18 yaşlı oyunçu gələcəkdə "Kral klubu"na mümkün transferinə münasibət bildirib: "Mən "Real"a? Mümkünsüzdür, olan iş deyil".

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının yarımfinalında "İnter"ə məğlub olub. Komanda cari mövsüm İspaniya La Liqasını, İspaniya Kuboku və İspaniya Super Kubokunu qazanıb. \\Offsideplus.az