Saat:11:40
Haqqımızda

“Barselona”dan Klopp barədə açıqlama

2024-02-07 22:57:38

“Barselona”dan Klopp barədə açıqlama

Məşqçi axtarışlarını intensivləşdirən “Barselona”nın idman direktoru Dekonun Yurgen Klopp haqqında dediyi sözlər diqqət çəkib.

Hurriyyet.Az xəbər verir ki, Deko mövsümün sonunda Kataloniya komandasından ayrılacağını açıqlayan Xavinin Yurgen Kloppla əvəzlənə biləcəyi ilə bağlı iddiaları dəyərləndirib. Kloppla görüşdüyü ilə bağlı iddialara münasibət bildirən Deko, adlar haqqında danışmağın düzgün olmadığını ifadə edib.

Deko, “Kimdənsə danışmaq istəmirəm. Müqaviləsi olan məşqçidən danışmaq etik deyil. Klopp əla menecerdir, amma indi bu barədə danışmaq üçün uyğun vaxt olduğunu düşünmürəm. "Barselona"nın yeni baş məşqçisi əlbəttə ki, bəzi şeyləri dəyişmək istəyəcək, amma əvvəlcə layihələrimiz və ideyalarımız haqqında danışmalıyıq" deyə bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR