“Barselona” portuqaliyalı futbolçuya görə Messidən imtina edib
2022-12-05 21:15:00

“Barselona” Lionel Messini geri qaytarmaq fikrində deyil. Belə ki, Kataloniya klubunun rəhbərliyi hücum xəttində daha gənc oyunçu almağa üstünlük verir.
Mənbə iddia edir ki, “Barselona”nın direktorlar şurasında Messinin qayıdışı ilə “Mançester Siti”dən Bernardo Silvanın transferi arasında seçimlə bağlı uzun müddət müzakirələr aparılıb.
“Barselona”nın prezidenti Joan Laporta əvvəlcə əfsanəvi argentinalının geri qayıtmasının tərəfdarı olub, lakin idarə heyəti onu daha gənc olan portuqaliyalı oyunçuya üstünlük verməyə inandıra bilib.
Xatırladaq ki, L.Messi “Barselona”nı 2021-ci ildə tərk edib.\\Azmedia.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya