Saat:09:16
Haqqımızda

Barselona Olimpiadasının qalibindən ŞOK iddia

2021-08-03 17:34:00

Barselona Olimpiadasının qalibindən ŞOK iddia

Kişilərdən ibarət cüdo yığmamızın Tokio Olimpiadasında fiaskoya uğraması federasiya rəhbərliyini qəti addımlar atmağa sövq etdi.

Srağagün Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında keçirilən iclasda yığmanın məşqçilər heyəti istefaya göndərildi. Baş məşqçi Ruslan Maşurenko Bakıda olmadığından, köməkçisi, istefaya göndərilən Nazim Hüseynovdan başverənlərə münasibət bildirməsini istədik:
 

“Pandemiya başlayandan yığma ilə heç bir təlim-məşq toplanışına yollanmamışam. Komanda ilə ancaq Ruslan Maşurenko və Elxan Məmmədov səfərə çıxırdı. Uğursuzluqda Elxanın da heç bir günahı yoxdu. Bütün məsuliyyət Ruslanın boynundadı. Mən hələ 2018-ci ildə Bakıda keçirilən dünya çempionatından sona onun yığmadan qovulmasını istəmişdim. Bilirsiz ki, paytaxtımızda keçirilən dünya çempionatında qazancımız bir gümüş və bir bürünc medal olmuşdu. Buna görə onu baş məşqçi postunda saxlamağın nə mənası vardı? Sadəcə, Maşurenkonun arxasında BOK dayanmışdı. Məhz ordakı “day-day”larının hesabına burda çalışırdı. Bizimkilər də ona arxayın idi ki, Ruslana görə Olimpiadada cüdoçularımızı çox sıxmayacaqlar. Təəssüf ki, hər şey alt-üst oldu. Bizim ən böyük problemimiz o idi ki, idmançılarımız bütün güclərini təlim-məşq toplanışlarına sərf etdilər. Tokioya isə artıq güc qalmamışdı”.



Barselona Olimpiadasının qalibi millinin müvəqqəti Elçin İsmayılova tapşırılması haqda bunları söylədi:
 

“Bu gün yığmaya Elçin İsmayılovu təyin ediblər. Onun gənclər millisinə namzədliyini mən irəli sürmüşdüm. O vaxt məni təyin etmək istəyəndə, İsmayılovu tövsiyə etdim. Sizi inandırım ki, bundan sonra cüdoçularımız yarışlardan uğurlu nəticələrlə dönəcəklər. Çünki İsmayılov hazır komandanın başına gətirilib. Onun işinə yanaşmasından da çox şey asılıdı”.



RƏŞAD

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR