"Barselona" daha bir məşhur hücumçunu transfer edir

2022-05-14 22:23:00

İspaniya millisinin və Madrid "Atletiko"sunun hücumçusu Alvaro Morata karyerasını "Barselona"da davam etdirə bilər.

"Bavariya"nın forvardı Robert Levandovskiylə razılıq əldə edən Kataloniya təmsilçisi indi də 29 yaşlı Moratanı sıralarına qatmağa hazırlaşır. Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, transfer hüquqları "Atletiko Madrid"ə məxsus olan 29 yaşlı futbolçu 2020-ci ildən icarə əsasında "Yuventus"da çıxış edir. \\Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya