Banqladeşdə qarışıqlıq - 50 nəfər həlak olub
2024-07-19 16:08:17

Hurriyyet.az xəbər verir ki, Banqladeşdə dövlət vəzifələrinə kvota sisteminə qarşı etirazların gedişində azı 50 nəfər həlak olub.
Bu barədə "Frans-Press Agentliyi (AFP) səhiyyə işçilərinə istinadla məlumat yayıb.
Təkcə cümə günü keçirilən etiraz aksiyaları zamanı 5 nəfər ölüb. Hüquq-mühafizə orqanları nümayişləri dağıtmaq üçün rezin güllələrdən və su şırnaqlarından istifadə edir. Etirazçılar əllərində çubuqlar, dəmir çubuqlar və daşlarla küçələrə çıxırlar. Onların bir çoxunun başlarında motosiklet dəbilqələri var. Ölkənin paytaxtı Dəkkə şəhərinin səmasında hərbi vertolyotlar uçur. Küçələrə zirehli texnikalar çıxarılıb.
Hürr Tərcüman
